Rusiya BMT TŞ-nın Krımda keçiriləcək referendumun əleyhinə olan qətnaməsini bloklayıb

Posted by

Rusiya BMT TŞ-nın Krımda keçiriləcək referendumun əleyhinə olan qətnaməsini bloklayıb

Rusiya BMT TŞ-nın Ukraynaya dair qətnamə layihəsinin əleyhinə səs verib.

 

Rusiya BMT TŞ-nın Krımda keçiriləcək referendumun əleyhinə olan qətnaməsini bloklayıb

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya veto hüququndan istifadə edərək Krımda keçiriləcək referendumun ləğv edilməsini nəzərdə tutan qətnamənin qəbul olunmasını bloklayıb. Digər üzvlər qətnamənin lehinə səs verib, Çin isə bitərəf qalıb.

 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Rusiyanın Krım xalqının seçiminə hörmətlə yanaşacağını qeyd edib.

 

ABŞ tərəfindən irəli sürülən qətnamə layihəsi Krımda keçiriləcək referendumun legitim olmayacağını nəzərdə tutur və bütün ölkələri onun nəticələrini tanımamağa çağırır.

 

Xatırladaq ki, Krım Muxtar Respublikasının statusuna dair referendum martın 16-da keçiriləcək

 

Apa/az