Azərbaycan-Türkiyə sərhədində yeni nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub
Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında yeni “Dilucu” nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub. Trend-in məlumatına görə, bunu Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıcı öz “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqəsinin tikintisi bu ilin sonuna başa çatmalıdır.
H.Yazıcının fikrincə, yeni nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti təkcə iki ölkənin deyil, həmçinin bütün regionun iqtisadiyyatına öz töhfəsini verəcək.
Trend.az