“Şərq Tərəfdaşlığı” Aİ Xarici İşlər Şurasının iclasında müzakirə olunacaq
Martın 17-də Belçikanın Brüssel şəhərində Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclası keçiriləcək.
Trend-in Yunanıstan Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Şərq Tərəfdaşlığı” proqramı görüşün gündəliyində duran əsas məsələlərdən biridir.
Bundan əlavə, iclasda Ukraynada baş verən son hadisələr, Bosniya-Herseqovinadakı vəziyyət, Yaxın Şərq sülh prosesi, Suriya münaqişəsi və digər aktual məsələlər müzakirə olunacaq.
Trend.az