Ötən ay Azərbaycanda 4 862 vergi ödəyicisi qanunvericiliyi pozub

Posted by

Ötən ay Azərbaycanda 4 862 vergi ödəyicisi qanunvericiliyi pozub

Ötən ay Azərbaycanda 4 862 vergi ödəyicisi qanunvericiliyi pozub

Ötən ay Azərbaycanda 4 862 vergi ödəyicisi qanunvericiliyi pozub

Ötən ay Azərbaycanda 4 862 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

 

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin fevral ayı ərzində Azərbaycanda əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4 862 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

 

Belə ki, 2 491 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 763 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 599 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziya almadan məşğul olduğu müəyyən edilib.

 

Operativ nəzarət tədbirləri zamanı 594 vergi ödəyicisi tərəfindən 785 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 198 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 56 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 795 ədəd mal olduğu aşkarlanıb.

 

Aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülüb.

 

Apa.az