Azərbaycanın dövlət rabitə provayderi IP-televiziya xidmətini tətbiq edir

Posted by

Azərbaycanın dövlət rabitə provayderi IP-televiziya xidmətini tətbiq edir

 

Azərbaycanın dövlət rabitə provayderi IP-televiziya xidmətini tətbiq edir

Azərbaycanın dövlət rabitə provayderi IP-televiziya xidmətini tətbiq edir

 

OTT (“Over-The-Top”) texnologiyaları bazasında yeni internet televiziya xidməti AzDATACOM şəbəkəsinin istifadəçiləri üçün 2014-cü ilin ikinci rübündə əlçatan olacaq. Bu barədə Trend-ə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Hesablama Mərkəzindən (İHM) bildiriblər.

 

Mərkəzdən deyildiyi kimi, xidmətin (ott.az) kommersiya istismarına verilməsi üzrə təşkilati işlər başa çatmaq üzrədir. OTT xidməti vasitəsi ilə 50-yə yaxın televiziya kanalına baxmaq mümkün olacaq. Perspektivdə kanalların sayı artırılacaq.

 

Yeni xidmətdən istifadəyə görə, aylıq abunə haqqı 6 manatdır. Xidmətə üç ay müddətinə qoşulma haqqı 18 manat, altı aylığa 36 manat, illik abunə isə 72 manat təşkil edir. Ödəniş həm onlayn, həm də Azərbaycanın poçt rabitə şöbələri və özünəxidmət terminalları şəbəkəsi vasitəsilə həyata keçiriləcək.

 

ОТТ platforması internetə istənilən qurğudan (televizor, kompüter, smartfon, planşet kompüteri) istifadə edərək çoxkanallı televiziya və filmlərə baxmağa icazə verir. Abonent abunə dövrü ərzində beşdən çox olmayan müxtəlif qurğuda xidmətdən istifadə edə biləcək. Eyni zamanda bir parolun köməyi ilə birdən çox qurğuda xidmətdən istifadə etmək olmaz.

 

Klassik IP-TV-dən fərqli olaraq OTT texnologiyasının üstünlüyü onun istifadəçiyə hansı provayderin xidmətlərindən istifadə etməsindən asılı olmayaraq dünyanın hər hansı nöqtəsində keyfiyyətli xidmət istehlakçısı olmasına imkanı verməsidir.

 

Trend.az