Obama: Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək

Posted by

Obama: Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək

 

Obama: Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək

Obama: Rusiyaya qarşı sanksiyalar davam etdiriləcək

 

ABŞ Prezidenti Barak Obama Rusiya və Ukrayna arasında Krımla bağlı birbaşa danışıqların tərəfdarıdır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

O, Krım parlamentinin muxtar respublikanın öz müqəddəratını təyin etməsi üzrə referendum keçirmək barədə qərarı ilə razılaşmadğını bildirib və Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdiriləcəyini vəd edib: “Krımın gələcəyi ilə bağlı referendum təklifi Ukrayna konstitusiyası və beynəlxalq hüquqa ziddir”.

B.Obama qeyd edib ki, lakin böhranı Rusiyanın və Ukrayna xalqının maraqlarına hörmətlə həll etməyin yolu var: “Ukraynanın bütün əhalisinin, o cümlədən etnik rusların hüquqlarına ehtiramın təmin edilməsi üçün beynəlxalq müşahidəçiləri Krım daxil olmaqla bütün Ukrayna ərazisinə buraxmaq lazımdır”.

ABŞ Prezidenti bildirib ki, beynəlxalq ictimaiyyətin iştirakı ilə Rusiya və Ukrayna arasında məsləhətləşmələrə başlamaq lazımdır.

O, Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdiriləcəyinə və Şərqi Avropada müttəfiqləri dəstəkləyəcəyinə söz verib.

Qeyd edək ki, martın 6-da Krım parlamenti muxtar respublikanın Rusiyanın tərkibinə daxil edilməsi və respublikanın hüquqlarının genişləndirilməsi ilə bağlı referendumun vaxtının martın 16-na keçirilməsi barədə qərar qəbul edib.

 

Trend.az