Avropa Parlamentinin deputatı: “Cənub Qaz Dəhlizinə olan marağımız siyasi oyunlardan uzaq olan etibarlı layihələrə ehtiyacımızla bağlıdır”

Posted by

Avropa Parlamentinin deputatı: "Cənub Qaz Dəhlizinə olan marağımız siyasi oyunlardan uzaq olan etibarlı layihələrə ehtiyacımızla bağlıdır"

 

Avropa Parlamentinin deputatı: “Cənub Qaz Dəhlizinə olan marağımız siyasi oyunlardan uzaq olan etibarlı layihələrə ehtiyacımızla bağlıdır”

Avropa Parlamentinin deputatı: "Cənub Qaz Dəhlizinə olan marağımız siyasi oyunlardan uzaq olan etibarlı layihələrə ehtiyacımızla bağlıdır"

 

Martın 5-də Avropa Parlamentində Xəzər Strateji İnstitutunun və avroparlamentarilər Norika Nikolai, Vittorio Prodi və Niki Tzavelanın birgə təşkilatçılığı ilə “Cənub Qaz Dəhlizi: Hədəflər və İmkanlar” mövzusunda “Xəzər Brüssel Forumu” keçirilib.

Trend-in eunews.az saytına istinadən verdiyi məlumata görə, forumda səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, enerji mütəxəssisləri və Avropa Parlamentinin işçiləri iştirak ediblər.

Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş açılış nitqində Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyi üçün oynadığı vacib rol haqqında və gələcək enerji təchizatı potensialından danışıb. Həmçinin Xəzər Strateji İnstitutu barədə məlumat verən Haldun Yavaş Türkiyənin enerji sahəsində gələcək planları haqda, enerji ötürülməsi qovşağına çevrilmə iddialarından bəhs edib.

Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqı yanındakı səfiri Fuad İsgəndərov “Şahdəniz” layihəsinin və Cənub Qaz Dəhlizinin son illər ərzində ən böyük sərmayə cəlb edən layihə olduğunu bildirib və bu baxımdan Azərbaycanın Aİ ilə eyni səviyyədə əməkdaşlıq edən yeganə “Şərq Tərəfdaşlığı” ölkəsi olduğunu bildirib. Bununla yanaşı, səfir Aİ ilə əməkdaşlıq etməyə hazır olan bütün “Şərq Tərəfdaşlığı” ölkələrində aqressiv separatizm probleminin yaradıldığını bildirib və Avropa İttifaqının buna siyasi qiymət verməsinin zəruriliyini vurğulayıb.

BP-nin Cənub enerji dəhlizi üzrə vitse-prezidenti Con Bolduin (John Baldwin) öz çıxışında yaxın illərdə təbii qazın öz əhəmiyyətini itirməyəcəyini və Avropada ona olan tələbatın azalmayacağını bildirib: “Biz düşünə bilərik ki, bu qaz haradan gələcək? Təbii ki, Rusiya, Şimali Afrika kimi mənbələr var, ancaq Cənub Qaz Dəhlizi mövcud mənbələrin ən məqsədyönlüsüdür. O baxımdan ki, Azərbaycanı Gürcüstan vasitəsi ilə Türkiyəyə bağlayan və 9 milyard kub metr qaz ötürən boru xətti artıq mövcuddur. Bu, hazır infrastrukturdur. CQD 40 milyard dollardan çox investisiya tələb edir. Bu investisiyanı müştərilər edəcək”.

Con Bolduin bildirib ki, layihə bütünlükdə siyasi və iqtisadi əhəmiyyətə malik olmalıdır, əks halda həyata keçməsi mümkün olmayacaq: “Enerji təhlükəsizliyini qorumaq üçün stretji yanaşma lazım olduğu halda, bunun çox strateji olması da lazım deyil, əks halda layihə də əldən çıxacaq”.

İtaliyanın Avropa İttifaqı yanındakı səfirliyinin nəqliyyat, telekommunikasiya və enerji üzrə attaşesi Marko Landolfi (Marco Landolfi) Avropa Komissiyasının TAP layihəsinə dəstək verməsinin layihə üçün çox böyük əhəmiyyət daşıdığını bildirib, TAP-ın bölgənin digər enerji layihələrinə qoşulmasının işin gedişatına böyük töhvə verəcəyinə əminliyini ifadə edib: “İtaliyanın Avropa İttifaqının Şurasına sədrliyi zamanı biz Aİ enerji siyasətini fəaliyyət planına daxil etməyi planlaşdırırıq və CQD reallaşmasını tezləşdirmək üçün əlimizdən gələni edəcəyik.”

Bunun ardınca, yeni panelə rəhbərlik edən Avropa Parlamentinin deputatı Vittorio Prodi öz çıxışında deyib: “Cənub Qaz Dəhlizinə olan marağımız siyasi oyunlardan uzaq olan etibarlı layihələrə ehtiyacımızla bağlıdır”.

 

Trend.az