Azərbaycanda marketinq və kommunikasiya sahələri üzrə yüksək peşəkarlığa görə təqdim olunan “Qızıl Tac Mükafatları”

Posted by

Azərbaycanda marketinq və kommunikasiya sahələri üzrə yüksək peşəkarlığa görə təqdim olunan "Qızıl Tac Mükafatları"

 

Azərbaycanda marketinq və kommunikasiya sahələri üzrə yüksək peşəkarlığa görə təqdim olunan “Qızıl Tac Mükafatları”

Azərbaycanda marketinq və kommunikasiya sahələri üzrə yüksək peşəkarlığa görə təqdim olunan "Qızıl Tac Mükafatları"

 

Son dövrlərdə Bakı şəhərində marketinq ictimaiyyəti arasında tezliklə beynəlxalq münsiflər heyəti tərəfindən müvafiq sahə üzrə mükafatlar təqdim olunacağı barəsində söz-söhbətlər gəzirdi. Artıq bununla bağlı faktlarla tanış olmaq vaxtıdır. Biz nominasiyaları artıq bugündən etibarən rəsmi açıq elan edirik.

Təşkilatçı qurum, “P World Azərbaycan”, tərəfindən maksimum obyektivliyi təmin etmək məqsədilə müsabiqə iştirakçılarının öz namizədliyini müstəqil şəkildə irəli sürməsi qərara alınıb: beləki iştirakçılar onlayn ərizə formasını doldurmalı və şəxsi sənədləri/dizaynları/imzalarını müvafiq şərhlərlə birgə təqdim etməlidirlər. Müsabiqə Martın25-dək davam edəcəkdir.

Marketinq, İctimai Əlaqələr və Kommunikasiya səhəsində çalışan yerli mütəxəssislər göstərilən 13 müxtəlif kateqoriyalardan biri və yaxud bir neçəsi üzrə rəqabət apara bilərlər: Ən Yaxşı Hazırlanmış Marketinq Kampaniyası, Ən Yaxşı Əyani İdentitlik, Ən Yaxşı Məhsul Buraxılışı, Ən Yaxşı Sosial Media Strategiyası, Ən Yaxşı Rəqəmsal Strategiya, Ən Yaxşı Korporativ Məsuliyyət Strategiyası, Ən Yaxşı Açıq Hava Kampaniyası, Ən Yaxşı TV Reklamı, Ən Yaxşı Çap, İlin Ən Yaxşı Marketinq Mütəxəssisi, İlin Ən Yaxşı İnkişaf Edən Marketinq Ulduzu, İlin Ən Yaxşı İctimai Əlaqələr Nümayəndəsi və İlin Ən Yaxşı Qurumu. Əlavə olaraq, münsiflər heyəti bütün iştirakçılar arasından “Grand Prix” – “İlin Brendi”-ni seçəcəkdir (müvafiq kateqoriya daxil edilməmişdir).

“Qala Mükafatları” tədbiri ilin ən mühüm marketinq tədbirlərindən biri olan “Marketing Kingdom Baku 2” tədbiri başa çatdıqdan bir gün sonra, 12 aprel tarixində “Flame Towers Fairmont” otelinin “Grand Ballroom” zalında keçiriləcəkdir.

Bu Azərbaycanda xarici münsiflər heyətinin iştirakı ilə həyata keçirilən ilk marketinq mükafatları tədbiridir. Mütəxəssislər bundan əvvəlki nüfuzlu beynəlxalq mükafatlar üzrə müvafiq təcrübəyə malik olmaqla yanaşı,Microsoft, GE, BP, Henkel, Tate Museum, Phillips, Böyük Britaniyanın Greenwich Universiteti, Diaggeo kimi qabaqcıl qlobal təşkilatlarda baş menecer, təcrübə mütəxəssisləri, konsultant və məruzəçi kimi ixtisaslarda çalışmışlar.

Mükafatlar üzrə bütün müvafiq məlumatlar, həmçinin müraciət forması və qaydalar ilə bağlı verilmiş linkə daxil olun: http://www.thepworld.com/awards

Magazine Boutique Baku, trend.az, day.az, mak.az, facemark.az və Zerkalo qəzetinin dəstəyi və tanıtımı ilə həyata keçirilir.

“P World” Skopye, Praqa, Dubay və Bakıda şöbələri olan beynəlxalq tədbir agentliyidir. Agentliyin Azərbaycandakı şöbəsi keçən 1,5 il ərzində İctimai Əlaqələr, Marketinq and İnsan Resursları (Baku PR Experience, Marketing Kingdom Baku 1, Baku HR Experience) sahələri üzrə ölkəmizdə ilk qlobal tədbirləri həyata keçirmişdir. Təşkilat eyni zamanda, ölkədə ilk dəfə keçirilən “Excellence in HR Awards” tədbirinin də təşkilatçısı idi.

 

Trend.az