Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkətində yaranan problemlər aradan qaldırılır

Posted by

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkətində yaranan problemlər aradan qaldırılır

 

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkətində yaranan problemlər aradan qaldırılır

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkətində yaranan problemlər aradan qaldırılır

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakı-Sumqayıt yolunda və əks istiqamətdə avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranan problemlərin aradan qaldırılması üzrə iş aparır. Bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, hazırda Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində yeni yolötürücünün tikintisi aparılır, yaxın zamanlarda ikizolaqlı yolun tikintisinə də başlanılacaq və eyni zamanda yol ötürücüsünə yaxın (hərbi hissə deyilən yer) ərazidə avtomobillərin müxtəlif istiqamətlərə hərəkət etməsi üçün dairə də tikiləcək.

Bu işlər Bakı-Sumqayıt avtomobil yolunun buraxılış qabiliyyətini artırmağa imkan verəcək. Bundan başqa, yeni yolun inşası sayəsində hərbi hissədən (bu yolda yerləşən) yol polisi postuna çıxış təmin ediləcək.

Əks istiqamətdə uzunluğu 110 metr olan yeni 3 zolaqlı yolötürücünün tikintisi başa çatdırılıb, hazırda həmin ərazidə 3 zolaqlı avtomobil yolunun tikintisi işləri gedir.

Xüsusilə Biləcəri-Xocasən istiqamətində avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin (1,5 kilometr) 2 zolaqdan 8 zolağadək (hər istiqamətdə 4 zolaq olmaqla) genişləndiriməsi işləri görülür.

Bütün bu işlər başa çatdırıldıqdan sonra Sumqaytdan hərəkət edən avtomobillər yeni salınan 8 zolaqlı yolun hesabına Xocasən və Sulutəpə ərazilərinə və eyni zamanda yeni inşa olunan 4 aşırımılı yolötürücüsü və 3 zolaqlı yeni yolun hesabına Biləcəri, Avtovağzal, atıcılıq kompleksi və mövcud Bakı-Sumaqyt yoluna çıxa biləcəklər.

 

Trend.az