Türkiyə XİN rəhbəri Liviya üzrə konfransda iştirak edəcək

Posted by

Türkiyə XİN rəhbəri Liviya üzrə konfransda iştirak edəcək

 

Türkiyə XİN rəhbəri Liviya üzrə konfransda iştirak edəcək

Türkiyə XİN rəhbəri Liviya üzrə konfransda iştirak edəcək

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə axşamı İtaliyanın paytaxtı Romaya nazirlərin Liviyaya dəstək məqsədilə keçirilən Beynəlxalq konfransda iştirak etmək üçün yola düşəcək. Bu barədə Trend TRT telekanalına istinadən məlumat verir.

XİN-in bəyanatına əsasən, ikinci dəfə keçirilən konfransda Liviyanın təhlükəsizlik, ədliyyə və müdafiə sahələrində ehtiyaclarının üzə çıxarılması nəzərdə tutulub, onların ödənilməsi üzrə birgə tədbirlərin görülməsinin, həmçinin ölkədə təhlükəsizlik və sabitliyin bərpası prosesinin sürətləndirilməsinə yönəlib. İkinci dəfə keçirilən konfransda Liviyaya göstərilən beynəlxalq yardımın məbləği baxılacaq.

“Liviyaya ikitərəfli əlaqələr səviyyəsində tərəfimizdən göstərilən yardımla yanaşı, bu ölkədə demokratik institutların yaradılmasına töhfə veriləcək, eləcə də davamlı siyasi, iqtisadi və sosial strukturunun formalaşması üçün adıçəkilən konfransda növbəti dəfə təsdiqlənəcək”, – Türkiyə XİN-in bəyanatında deyilir.

 

Trend.az