Rusiyada ABŞ və Aİ-dən gözlənilən sanksiyalara cavab hazırlanır

Posted by

Rusiyada ABŞ və Aİ-dən gözlənilən sanksiyalara cavab hazırlanır

 

Rusiyada ABŞ və Aİ-dən gözlənilən sanksiyalara cavab hazırlanır

Rusiyada ABŞ və Aİ-dən gözlənilən sanksiyalara cavab hazırlanır

 

Rusiyanın Federasiya Şurasında ölkəyə qarşı sanksiyalar tətbiq ediləcəyi halda özəllər də daxil olmaqla, ABŞ və Avropa şirkətlərinin əmlakının, aktivlərinin və hesablarının müsadirə olunmasını nəzərdə tutan qanun layihəsi hazırlanır. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Hazırlanan sənədin müəllifi, FŞ-nin Konstitusiya qanunvericiliyi komitəsinin rəhbəri Andrey Klişas bildirib: “Qanun layihəsi suverenliyimizi sui-qəsdlərdən qorumaq üçün Prezidentə və hökumətə belə imkanların verilməsini nəzərdə tutur”.

Rusiyalı senatorun sözlərinə görə, hazırda hüquqşünaslar özəllər də daxil olmaqla, xarici şirkətlərin, eləcə də fərdi şəxslərin aktiv və hesablarının müsadirə olunmasının mümkünlüyünün Rusiya Konstitusiyasına nə dərəcədə uyğun gəldiyi “məsələsini diqqətlə öyrənirlər”.

Senatorun sözlərinə görə, belə ölçülərin ayrıca federal qanunda yazılması planlaşdırılır: “Hər hansı sanksiya ikitərəfli olmalıdır”.

 

Trend.az