Azərbaycanda radiotezliklərin ayrılması və istifadəsi qaydaları dəyişib

Posted by

Azərbaycanda radiotezliklərin ayrılması və istifadəsi qaydaları dəyişib

 

Azərbaycanda radiotezliklərin ayrılması və istifadəsi qaydaları dəyişib

Azərbaycanda radiotezliklərin ayrılması və istifadəsi qaydaları dəyişib

 

Azərbaycan Nazirlər Kabineti 2007-ci il 1 fevral tarixli qərarı ilə təsdiq edilmiş «Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları»na dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişiklik radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsini əhatə edir.

 

İndiyə qədər ölkə ərazisində fəaliyyət göstərən radiohəvəskarların Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı Radiotexniki Məktəbinin təqdimatına əsasən, sənədlər Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılıb və müvafiq qaydada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyata alınıb və bu halda radiotezlik ayrılması üçün Radiotezliklər üzrə Dövlət Komissiyasına müraciət tələb olunmayıb. Dəyişikliyə görə isə, bundan sonra radiohəvəskarların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin Bakı Radiotexniki Məktəbinin təqdimatına əsasən sənədlər MTN ilə razılaşdırılacaq və müvafiq qaydada DRİ-də qeydiyyata alınacaq. Bu halda radiotezlik ayrılması üçün Radiotezliklər üzrə Dövlət Komissiyasına müraciət tələb olunmayacaq.

 

Qeyd edək ki, ölkə ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələri üçün radiotezlik nominallarının ayrılması məqsədi ilə hüquqi və fiziki şəxslər yazılı formada Radiotezliklər üzrə Dövlət Komissiyasına müraciət etməlidir. Müraciətlərdə nəzərdə tutulmuş şəbəkənin təyinatı, istifadə olunacaq radiotezliklərin diapazonları, radiotezliklərin sayı, zolaqların eni, istifadə olunacaq texnologiyalar və avadanlıqlar haqqında digər texniki məlumatlar əksini tapmalıdır.

 

Apa.az