Azərbaycan günəş elektrik stansiyalarının tikintisinə başlayır
Azərbaycanda 2020-ci ilin sonuna qədər ümumilikdə 2 065 MVt gücündə Günəş Elektrik stansiyaları (GES) tikilərək istifadəyə veriləcək.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən «APA-Economics»ə verilən məlumata görə, layihə hər birinin müddəti 2 il təşkil edəcək 3 mərhələdən ibarət olacaq.
Belə ki, layihənin 2014-2016-ci illəri əhatə edəcək ilk mərhələsində 790 MVt gücündə GES-lər tikiləcək. 2017-2018-ci illərdə 685 MVt gücündə GES-lərin tikintisi planlaşdırılır. Sonuncu, 2019-2020-ci illəri əhatə edən üçüncü mərhələdə isə 730 MVt gücündə GES-lər inşa ediləcək.
Bu müddət ərzində Azərbaycanda günəş istilik elektrik stansiyalarının (GİES) da gücünün artırılması nəzərdə tutulur. Belə ki, 2014-2016-ci illəri əhatə edəcək birinci mərhələdə 1 000 MVt gücündə GİES-lər tikiləcək. İkinci mərhələdə (2017-2018-ci illər) 1 500 MVt, sonuncu mərhələdə (2019-2020-ci illər) isə 2 000 MVt gücündə GİES-lər tikiləcək. Nəticədə, yaxın 7 ildə ölkədə 4 500 MVt gücündə günəş istilik elektrik stansiyalarının tikintisi planlaşdırılır.
Apa.az