Milli Məclis Azərbaycan və Almaniya arasında imzalanmış maliyyə əməkdaşlığı sazişini təsdiqləyib
Azərbaycan Milli Məclisinin bugünkü iclasında “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası arasında Maliyyə Əməkdaşlığı haqqında” saziş müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Saziş 2013-cü il noyabrın 28-də Azərbaycan Respublikasının sosial və iqtisadi inkişafına kömək məqsədilə Azərbaycan və Almaniya hökumətləri arasında imzalanıb.
Sazişə əsasən, Azərbaycan hökuməti ölkədə müxtəlif layihələrin həyata keçirilməsi üçün dövlət əməkdaşlığı çərçivəsində Almaniyanın KfW bankından milyonlarla avro həcmində güzəştli ssuda vəsaitləri ala biləcək.
Sənəd səsə qoyularaq təsdiq olunub.
Apa.az