Milli Məclisdə Ukraynadakı hadisələrə münasibət bildirilib

Posted by

Milli Məclisdə Ukraynadakı hadisələrə münasibət bildirilib

Milli Məclisdə Ukraynadakı hadisələrə münasibət bildirilib

Milli Məclisdə Ukraynadakı hadisələrə münasibət bildirilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ukraynda son zamanlar baş verən hadisələrə münasibət bildirilib.

 

Trend xəbər verir ki, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə deyib ki, Ukraynada baş verənlər siyasi yolla həll edilməlidir.

 

Onun fikrincə, Azərbaycan GUAM üzvü olaraq Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində beynəlxalq təşkilatlarda öz dəstəyini göstərməlidir: “Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, bu ölkəyə dəstəklə bağlı Azərbaycan beynəlxalq təşkilatlarda da öz dəstəyini ifadə etməlidir”.

 

Deputat Fərəc Quliyev isə təklif edib ki, Milli Məclis adından Ukrayna dövlətinin müstəqilliyinin bir daha tanınması və oradakı qarşıdurmalar zamanı həlak olan insanlara başsağlığı verilməsi haqda mövqe ifadə edilsin.

 

Spiker Oqtay Əsədov isə bu fikirlərə etiraz olaraq deyib ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, Azərbaycan Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman tanıyıb: “İndi orada yeni dövlət qurulur. Biz nə zaman Ukraynanın müstəqilliyini tanımamışıq? Fikrimcə, bir qədər diqqətli danışmalıyıq”.

 

 

Trend.az