Azərbaycan parlamentində Xocalı soyqırımı ilə bağlı müxtəlif təkliflər səsləndirilib

Posted by

Azərbaycan parlamentində Xocalı soyqırımı ilə bağlı müxtəlif təkliflər səsləndirilib

Azərbaycan parlamentində Xocalı soyqırımı ilə bağlı müxtəlif təkliflər səsləndirilib

Azərbaycan parlamentində Xocalı soyqırımı ilə bağlı müxtəlif təkliflər səsləndirilib

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında çıxış edən millət vəkilləri Xocalı Soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.

 

Trend-in məlumatına görə, millət vəkili Zahid Oruc qeyd edib ki, qarşıdan uydurma “erməni soyqırımı”nın 100 illiyi gəlir: “Bəzi qüvvələr tərəfindən bizi süni yarışa cəlb etmək cəhdləri var. Ona görə də, bizim əsgərimiz erməninin bir əsgərindən, bizim bir müəllimimiz erməninin bir müəllimindən daha güclü olmalıdır”.

 

Deputat bildirib ki, “ermənilərin soyqırımı” məsələsi Ermənistanın dövlət quruculuğunun tərkib hissəsinə çevrilib.

 

Deputat Qüdrət Həsənquliyev isə Xocalı soyqırımından keçən 22 il ərzində bu qətliamı törədənlərin cəzalandırılmasına nail ola bilmədiyimizdən təəssüfünü ifadə edib. O, bildirib ki, bu, beynəlxalq aləmin ikili standartlarının nəticəsidir. Deputat ATƏT-in Minsk qrupunun həmsdərlərinin fəaliyyətini pisləməyə, Azərbaycan hüquq-mühafizə orqanlarının erməni cinayətkarları zərərsizləşdirmək üçün hərəkətə keçməyə və işğala son qoymaq üçün heç kimdən kömək gözləməməyə çağırıb. Onun fikrincə, Azərbaycan hökumətinin qətiyyətli mövqeyi olmasaydı, Türkiyə Ermənistanla sərhədləri açmışdı.

 

Millət vəkili Bəxtiyar Əliyev deyib ki, ermənilərin törətdikləri cinayətlərə, Xocalı soyqırımına ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən də ədalətli qiymət verilsəydi, indiki vəziyyət hökm sürməzdi. O da həmsədrlər qarşısında konkret məsələlər qoymağa çağırıb.

 

Fazil Mustafa bildirib ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycanın əlində kifayət qədər faktlar var və onu sübut etmək şansı böyükdür. O, hər il Xocalı soyqırmı günü ərəfəsində Azərbaycanın səfirlikləri tərəfindən Xocalı faciəsi haqqında materialların bütün ölkələrin nazirliklərinə göndərilməsini təklif edib.

 

Millət vəkili Qarsda Azərbaycan və Türkiyə hərbi qüvvələrinin Xocalı soyqırımı ərəfəsində hərbi təlimlər keçirməsini də təqdir edib.

F.Mustafa Nuru Paşanın vaxtilə Gəncədə qaldığı evin qarşısında büst və lövhə qoyulmasını da təklif edib.

 

Deputat Fərəc Quliyev isə deyib ki, Milli Məclis Xocalı soyqırımını tanıyan ölkələrə təşəkkür məktubu göndərməli və onların işğalçılara qarşı sanksiya tətbiq edilməsi üçün prosesə yardım etmək təşəbbüsünü dəstəkləməlidir.

 

F.Quliyev həmçinin parlamentdə Qarabağ Komitəsinin yaradılmasını, Qarabağ dinləmələrinin keçirilməsini təklif edib.

 

Milli Məclisdəki çıxışında deputat Asim Mollazadə bildirib ki, Xocalıya ədalət istəyəndə, beynəlxalq tribunalın hökmünü nəzərdə tuturuq: “Xocalı qırğınlarını törədənlərin siyahısı İnterpola verilməlidir. Bundan başqa, BMT-də Xocalı ilə bağlı beynəlxalq tribunalın yaradılmasına nail olmaq gərəkdir. Xocalı soyqırımı ilk növbədə siyasi yox, hüquqi qiymətini tapmalıdır”.

 

Spiker Oqtay Əsədov isə bildirib ki, Milli Məclis Xocalı soyqırmının dünyada tanınması üçün müxtəlif tədbirlər görür: “Biz Xocalı soyqırımını dünyaya tanıtmalıyıq və göstərməliyik ki, ermənilər yazıq, miskin yox, yırtıcı xalqdır”.

 

Trend.az