Azərbaycanın enerji operatoru Bakının və ətraf qəsəbələrin enerji təhlükəsizliyini möhkəmləndirir
Bakıda “Şimal” elektrik stansiyasının ikinci buxar-qaz qurğusunun tikintisi qrafikə uyğun aparılır. Trend xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin yaydığı məlumatda deyilir.
İkinci 409 MVt-lik enerji blokunun tikintisi Abşeron yarımadasının elektrik enerjisi təchizatında mühüm rol oynayır.
“Şimal” ES-in inkişaf proqramı müvəffəqiyyətlə davam etdirilir. Artıq Yaponiyanın “Toyo Engineering” şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.
“Azərenerji” ikinci blokun tikintisi işlərini 2014-cü ilin sonunda başa çatdırmaq niyyətindədir.
“Şimal” ES-da hazırda 400 meqavat gücündə bir buxar-qaz qurğusu fəaliyyət göstərir. Stansiya Bakının və Abşeronun enerji tələbatının 1/4-ni təmin edir. İkinci blokun tikintisi ilə bu göstərici 35-40 faizə çatacaq.
Trend.az