Bakının Baş planında müəyyən korrektələr etmək mümkündür

Posted by

Bakının Baş planında müəyyən korrektələr etmək mümkündür

Bakının Baş planında müəyyən korrektələr etmək mümkündür

Bakının Baş planında müəyyən korrektələr etmək mümkündür

Bakı şəhərinin Baş planı mövcuddur və indiyədək də öz qüvvəsini saxlamışdır.

AzərTAc xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov demişdir.

Qeyd olunmuşdur ki, şəhərin Baş planında nəzərdə tutulmuş işlərin təqribən 60 faizi artıq həyata keçirilmişdir. Bununla belə, Baş planda müəyyən korrektələr etmək mümkündür. Əsas məsələlərdən biri də şəhər ərazisindən sənaye və neft-kimya müəssisələrinin çıxarılması və abadlıq işlərinin aparılmasıdır.

Diqqətə çatdırılmışdır ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Abşeron rayonunda, eləcə də Bakıda neftlə çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı təklif irəli sürülmüşdür. Nəticədə “Böyük Bakının Regional İnkişaf Planı” nda (Sxemi) bu, öz əksini tapacaqdır. Həmin ərazilərdə, Moskva ətrafında olduğu kimi böyük meşə və yaşıllıq zonalarının salınması nəzərdə tutulmuşdur.

 

 

AzərTac.az