Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Londonda parlament qarşısında aksiya keçirilib

Posted by

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Londonda parlament qarşısında aksiya keçirilib

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Londonda parlament qarşısında aksiya keçirilib

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Londonda parlament qarşısında aksiya keçirilib

Londonda təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) dəstəyi ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Londonda mitinq keçirilib.

ASAIF-dən Trend-ə verilən məlumata görə, bir neçə saat davam edən mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı çoxsaylı insan iştirak ediblər.

Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar etmiş, “Xocalıya ədalət!”, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirmişlər.

Aksiya çərçivəsində soyqırımla maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşürlər paylanıb.

Aksiyanın gənc fəalları Azər Əsgərov, Ramazan Abbaszadə və Mərdan Həsənzadə fikrilərini KİV nümayəndələri ilə bölüşüblər. Ənənəvi olaraq hər il Londonda və dünyanın müxtəlif yerlərində keçirilən aksiyaların əhəmiyyəti vurğulanıb. Azərbaycanlı tələbələr bildiriblər ki, dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan həmvətənlərimiz, xüsusən də gənclər ölkəmizə qarşı edilən bu ədalətsizliyi tezliklə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.

Aksiya Azərbaycanın Dövlət himninin oxunması ilə başa çatıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar təşkil olunur, bu dəhşətli faciə haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı təbliğat işləri aparılır.

 

Trend.az