Azərbaycanla Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib
Bu gün Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Çingiz Məmmədovun Bakıda səfərdə olan Qazaxıstan müdafiə nazirinin müavini Bakıtjan Abdirayımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Trend.az