Almaniyada Xocalı soyqırımı ilə bağlı keçiriləcək təşəbbüslər reallaşır
XX əsrin ən qanlı soyqırımlarından biri kimi tarixə düşən Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad edilməsinə hazırlıq işləri Avropada yaşayan soydaşlarımız tərəfindən də müxtəlif təşəbbüslərlə reallaşdırılmaqdadır. Almaniyada yaşayan fəal soydaşımız Akif Məmmədov SİA-ya verdiyi açıqlamasında bildirib ki, artıq bu istiqamətdə hazırlıq proseslərinə start verilib: “Bir neçə gün öncə, Almaniyanın müxtəlif şəhərlərində “Xocalıya ədalət”, “Qarabağ torpaqları erməni işğalından azad olunmalıdır” şüarları altında avtomobil yürüşləri keçirilib. Artıq qardaş Türkiyənin Nürenberqdəki konsulluğu da bu istiqamətdə əməli işləri reallaşdırmağa başlayıb. Nəzərdə tutulub ki, fevralın 22-də və 26-da böyük yürüşlər keçirilsin.”
Akif Məmmədov eyni zamanda bildirdi ki, 29-31 mart tarixlərində azərbaycanlıların soyqırımı günlərinə də həsr olunmuş bu kimi tədbirlərin keçirilməsi planlaşdırılıb.
Sia.az