Bakıda “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində kütləvi aksiyaya start verilib

Posted by

Bakıda "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində kütləvi aksiyaya start verilib

Bakıda “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində kütləvi aksiyaya start verilib

Bakıda "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində kütləvi aksiyaya start verilib

Bakıda IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” müştərək layihəsi davam edir.

Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində 13 fevral 2014-cü il tarixindən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində kütləvi aksiya keçiriləcək. Keçirilən aksiyada ictimaiyyət nümayəndələrinin, dövlət orqanlarının, qeyri-hökumət təşkilalarının və özəl müəssisələrin iştirakı ilə kağız tullantılarının “ASAN xidmət” mərkəzlərində toplanılması nəzərdə tutulur.

IDEA İctimai Birliyinin PR mütəxəssisi Ayşən Quliyeva qeyd edib ki, layihə çərçivəsində dövlət orqanları, qeyri-hökumət təşkilatları və özəl müəssisələr istifadə olunmuş kağız tullantılarını təhvil verirlər: “Bundan sonra ağacların əkilməsinə başlanılacaq. Təhvil verilmiş hər 50 kiloqram kağız tullantısı qarşılığında isə Bakıda 1 ağacın əkilməsi planlaşdırılır”.

 

Kağız tullantılarının toplanılması aksiyasında sıravi vətəndaşlar da iştirak edirlər. Kağız tullantılarını toplamaq məqsədi ilə Bakıda “ASAN xidmət” mərkəzlərinin qarşısında xüsusi konteynerlər quraşdırılıb. Bundan əlavə, toplanmış kağızların hesabatı aparılır.

 

Ağacların əkilməsi kağızların toplanması aksiyasında iştirak etmiş qurumların nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Layihənin həyata keçirilməsində əsas məqsəd ekoloji problemlərlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işinin səmərəliliyini artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdən ibarətdir. Aksiyada iştirak etmək istəyənlər “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə istifadə olunmuş kağız və kağız məhsullarını təhvil verə bilərlər.

 

Trend.az