Azərbaycanda texnoloji innovasiyalarla bağlı beynəlxalq konfrans keçiriləcək

Posted by

Azərbaycanda texnoloji innovasiyalarla bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda texnoloji innovasiyalarla bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda texnoloji innovasiyalarla bağlı beynəlxalq konfrans keçiriləcək

Mayın 2-3-də Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində «Davamlı inkişaf və texnoloji innovasiyalar» beynəlxalq elmi-praktiki konfransı keçiriləcək.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, konfransın elmi istiqamətlərini «Müasir informasiya və kommunikasiya texnologiyaları əsasında texnoloji proseslərin avtomatlaşdırılması», «Sahələrin iqtisadiyyatı, menecmenti və ekologiyası», «Qida sənayesində texnoloji innovasiyalar və ekspertizaları», «Maşınqayırma sənayesində yeni texnika və texnologiyalar», «Tekstil və yüngül sənaye sahələrində innovasiya texnologiyaları və ekspertizaları» mövzuları təşkil edir.

 

Konfransın təşkilatçıları qismində Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər İcra Hakimiyyəti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi çıxış edir.

 

Tədbirin işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.

 

Konfransda iştirak üçün qeydiyyat vərəqəsi (tələb edilən formada), məqalənin mətninin çap və elektron variantını təqdim etmək tələb olunur. Məqalənin elektron variantı [email protected] elektron poçt ünvanına göndərilə bilər.

 

Məqalənin həcmi 6 səhifədən çox olmamalı, bir müəllif 2 məqalədən çox təqdim etməməlidir.

 

Qeyd edək ki, məqalənin dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 8 dollar, Azərbaycan vətəndaşları üçün isə hər səhifəyə görə 3 manat təşkil edir, tələbələr üçün ödənişsiz olaraq müəyyənləşdirilib.

 

Apa.az