“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı müzakirə edilib

Posted by

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı müzakirə edilib

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı müzakirə edilib

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı müzakirə edilib

Bu gün Bakıda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının iyul 2012 – dekabr 2013-cü il ərzində icrası ilə bağlı iclas keçirilib. SİA-nın məlumatına görə, iclasda gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, dövlət rəsmiləri, bir sıra QHT nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan A. Rəhimov bildirib ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində Azərbaycan Respublikasının prezidentinin müvafiq fərmanı ilə ölkədə Gənclər Fondu müasir tələblərə uyğun qurulub: “Sözügedən proqram gənclər və gənclər təşkilatlarının fikir və təklifləri əsasında hazırlanıb və onun icrasında gənclər təşkilatları xüsusi rola malik olub. Proqram çərçivəsində ölkəmizdə bir çox işlər həyata keçirilib. Ötən il nazirlik tərəfindən ümumi məbləği 5 milyon 500 min manat dəyərində 137 layihə maliyyələşdirlib”.

 

Daha sonra tədbirdə proqram çərçivəsində həyata keçirilən işlərlə bağlı məlumat verən İntiqam Babayev deyib ki, Dövlət Proqramı çərçivəsində “Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması” aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsini keçdikdən sonra Nazirlər Kabinetinə təqdim edilib: “Nazirlər Kabinetinin 18 noyabr 2013-cü il tarixli 327 nömrəli qərarı ilə “Yaradıcı gənclərə dövlət dəstəyinin genişləndirilməsi məqsədilə dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlaraının güzəştli şərtlərlə yaradıcı gənclərin istiafdəsinə verilməsi Qaydaları” təsdiq edilib”.

 

Nazir müavini bildirib ki, həmçinin, proqram çərçivəsində ötən il Mingəçevirdə “Gənclər Evi” tikilib istifadəyə verilib: “2015-ci ilin sonuna qədər daha 9 “Gənclər Evi”nin istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda respublkianın 23 rayon və şəhərində “Gənclər Evi” və Mərkəzləri fəaliyyət göstərir”.

 

Tədbir müzakirələr əsasında davam edib.

 

Sia.az