Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının sessiyalarında iştirak edəcəkdir

Posted by

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Mahir Hümbətov fevralın 10-14-də Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) ticarətlə bağlı 6-cı, iqtisadi əməkdaşlıq və inteqrasiya üzrə 8-ci sessiyalarında iştirak edəcəkdir.

M.Hümbətov Qafqaz, Balkan və Mərkəzi Asiya ölkələri arasında diskussiya sessiyasında “Dövlət-özəl sektor əməkdaşlığı” mövzusunda məruzə ilə çıxış edəcəkdir. O, həmçinin iqtisadi inteqrasiya, beynəlxalq ticarət, özəl sektorun inkişafı, elektron ticarət, iqtisadi əməkdaşlıq, innovasiya qabiliyyəti, keçid iqtisadiyyatı, ətraf mühit və s. mövzularında bölmə iclaslarında müzakirələrə qatılacaqdır.

AzərTac.az