Tallində Estoniya-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunacaqdır

Posted by

Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli fevralın 10-da Tallinə səfərə yola düşmüşdür.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər zamanı Ə.Hüseynli Estoniya parlamentinin fəaliyyəti ilə tanış olacaq, deputatlarla bir sıra görüşlər keçirəcəkdir.

Görüşlərdə hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində informasiya və təcrübə mübadiləsi aparılacaqdır.

Səfər fevralın 12-də başa çatacaqdır.

AzərTac.az