Azərbaycanda tibb mütəxəssislərinin sertifikasiyadan keçirilməsi üçün yeni test nümunələri hazırlanır

Posted by

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tibb mütəxəssislərinin sertifikasiyadan keçirilməsi üçün yeni test nümunələrinin tərtib edildiyini açıqlayıb. Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından APA-ya verilən xəbərə görə, tibb ixtisasları üzrə test bazasını daha da təkmilləşdirmək və yeniləmək məqsədi ilə əlavə test suallarının hazırlanmasına başlanıb. Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə işçiləri test suallarının hazırlanmasında fəal iştirak etməyə dəvət edilib. Ətraflı məlumat almaq üçün onlar (012) 433-09-82, (012) 433-08-93 nömrələrinə zəng edə və ya bilavasitə Sertifikasiya Komissiyasına müraciət edə bilərlər.

Qeyd olunub ki, kardiologiya ixtisası üzrə nümunəvi test suallarına əlavələr və dəyişikliklər edilib. Nümunəvi suallarla tanış olmaq üçün internet saytının “Test nümunələri” bölməsinə daxil olmaqla və ya əlavə məlumat almaq üçün 433 – 08 – 93 nömrəli telefona zəng etməklə əldə etmək mümkündür.

Apa.az