Azərbaycan qazın ixracını tam bərpa edib
Azərbaycanda beynəlxalq kontraktlar çərçivəsində hasil olunan təbii qazın toplandığı Səngəçal terminalından nəqlində yaranmış problem həll olunub.
Qazın hasil olundu layihələrin əsas operatoru olan «BP-Azerbaijan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı «APA-Economics»ə bildirib ki, bazar günündən etibarən qazın tam həcmdə verilməsi bərpa olunub: «Artıq hər üç ölkəyə (Azərbaycan, Gürcüstan və Türkiyə) tam həcmdə qaz verilir».
Xatırladaq ki, ötən həftənin cümə günündən Səngəçal terminalından Gürcüstan və Türkiyə istiqamətində nəqletmədə yaranmış texniki problemlər səbəbindən qazın ixracı əməliyyatları məhdudlaşdırılmışdı.
Apa.az