Natiq Əliyev: Azərbaycan Türkiyəyə sərfəli qiymətlərlə enerji daşıyıcıları ixrac etməyə hazırdır

Posted by

Azərbaycan Türkiyəni sərfəli qiymətlərlə enerji daşıyıcıları ilə təchiz etməyə hazırdır. Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. Trend-in məlumatına görə, xəbəri şənbə günü Türkiyənin “Malatya Güncel” onlayn qəzeti yayıb.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyəni gələcəkdə reallaşdırılacaq ciddi iqtisadi layihələr birləşdirir.

Nazir qeyd edib ki, hazırda Azərbaycan üç trilyon kubmetrə yaxın həcmdə qaz ehtiyatlarına malikdir: “Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirir və möhkəmləndirir. Ölkədə istehsal olunan məhsullar Avropa bazarlarına çıxmalıdır”.

Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq, Azərbaycan hər il Türkiyəyə 6,6 milyard kubmetr qaz ixrac edəcək.

Trend.az