Azərbaycanla İspaniya arasında iqtisadi-siyasi əlaqələrin inkişafı üçün bir sıra tədbirlər həyata keçiriləcək

Posted by

Azərbaycanla İspaniya arasında iqtisadi-siyasi əlaqələrin inkişafı üçün bir sıra tədbirlər həyata keçiriləcək

 

Azərbaycanla İspaniya arasında iqtisadi-siyasi əlaqələrin inkişafı üçün bir sıra tədbirlər həyata keçiriləcək

Azərbaycanla İspaniya arasında iqtisadi-siyasi əlaqələrin inkişafı üçün bir sıra tədbirlər həyata keçiriləcək

 

Bakıda Azərbaycan-İspaniya biznes forumunun keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, İspaniya parlamentinin 6 nümayəndəsindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun Bakıya üçgünlük səfəri başa çatıb. Bu gün Milli Məclisdə səfərin yekunlarına dair mətbuat konfransı keçirilib.

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı bildirib ki, Azərbaycan İspaniya ilə hərtərəfli əlaqələrin inkişafında maraqlıdır: “Bu, ispaniyalı parlamentarilərin Azərbaycana ilk səfəridir. Biz istərdik ki, Azərbaycanla İspaniya arasında parlamentlərarası dostluq qrupu olduğu kimi, İspaniya parlamentində də Azərbaycanla daimi dostluq qrupu yaradılsın. Bu ilin may-iyun aylarında Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin İspaniyaya səfəri planlaşdırılır. Çalışacağıq ki, İspaniya parlamenti ilə əlqələr nümunəvi xarakter alsın”.

İspaniya Parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun rəhbəri Xose Mariya Çikoyo isə qeyd edib ki, İspaniya Krallığı ilə Azərbaycanın təkcə parlamentlər arasında yox, hərtərəfli əlaqələrinin inkişaf üçün imkanlar var: “Latın Amerikası ölkələrinin əksəriyyəti ispandilli ölkələrdir. İspaniya Azərbaycan üçün Latın Amerikasına qapı rolunu oynaya bilər. Biz təkcə parlament diplomatiyası sahəsində deyil, bir çox sahələrdə əlaqələrimizi inkişaf etdirə bilərik. Bizim sənaye, turizm, inşaat, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar var. Biz Azərbaycan iş adamlarını İspaniyaya investisiya qoymağa çağırırıq. Bakıda rəsmi şəxslərlə keçirdiyimiz görüşlərdə yay aylarında Bakıda biznes forumunun keçiriməsini də təklif etmişik”.

Qeyd edək ki, 5 senator və 1 deputatdan ibarət İspaniya parlamentinin nümayəndə heyəti Bakı səfəri zamanı Baş nazirin müavini Əli Həsənov, xarici işlər naziri Elmar Məmmədyarov, istiqdiyyat və sənaye naziri Şahin Mustafayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb müzakirələr aparıblar.

 

Trend.az