Cənubi Qafqaz qaz kəməri ilə ixrac artır
Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin texniki operatoru olan BP şirkəti fevralın 7-də, günün ikinci yarısında Səngəçal terminalında yaranan problem nəticəsində Cənubi Qafqaz qaz kəməri ilə azalan qaz ixracını tədricən artırır. Bu barədə şənbə günü Trend-ə BP şirkətindən bildiriblər.
Şirkətdən bildirilib ki, dünən terminalda yaranan texniki problem qaz ixracı üzrə əməliyyatlara təsir edib ki, bu da həcmlərin azalmasına gətirib çıxarıb.
Şirkətdən qeyd olunub: “Hazırda ixrac həcmləri artırılır və gələcəkdə lazımi göstəricilərə qədər çatdırılacaq”.
Trend.az