Bakıda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisinə üç ölkə milli qrupla qatılacaq
Sentyabrın 11-13-də Bakıda keçiriləcək ADEX-2014 I Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə üç ölkə milli qrupla qatılacağını təsdiqləyib.
Bu barədə APA-ya sərginin Təşkilat Komitəsindən məlumat verilib.
Sərgidə Türkiyə, Polşa və Cənubi Koreya şirkətləri milli pavilyon formatında qatılacaq. Bununla yanaşı, İsrail hərbi sənayesini təmsil edən 10 şirkət və İsrail Müdafiə Nazirliyinin SIBAT Agentliyinin sərgidə iştirak edəcəyi gözlənilir.
Sərgidə xarici milli pavilyonlar arasında ən böyük sahə 1 400 kv. metr olmaqla Türkiyəyə məxsusdur.
Ümumilikdə, bu günədək ADEX-2014 sərgisində Azərbaycan, Türkiyə, Qazaxıstan, İsrail, ABŞ, Bolqarıstan, Fransa, İtaliya, Çexiya, Hindistan, Rusiya, Pakistan, İngiltərə, Polşa, Sinqapur, Belarus, CAR, Çin, Serbiya və Cənubi Koreyadan 100-dən artıq şirkət öz iştirakını təsdiqləyib. Sərgiyə qatılacaq şirkətlər arasında dünya müdafiə sənayesində tanınmış «Denel», «Elbit Systems», «Flir Systems», IMI, IAI, IWI, MBDA, «MKU Pvt.», «Norinco», «Paramount Group», «Rafael», «Rostexnologiya», «Rosoboroneksport», «Yugoimport», «Aselsan», MKE, «Havelsan», «Roketsan», «Otokar», STM, TAI, «Bumar» və s. şirkətlər yer alır.
Apa.az