Ədliyyə naziri Naftalanda vətəndaşları qəbul edib

Posted by

Ədliyyə naziri Naftalanda vətəndaşları qəbul edib

 

Ədliyyə naziri Naftalanda vətəndaşları qəbul edib

Ədliyyə naziri Naftalanda vətəndaşları qəbul edib

 

Ədliyyə naziri Naftalanda vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 7-də ədliyyə naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan, Mingəçevir, Yevlax şəhərlərində, Goranboy, Tərtər və digər rayonlarda yaşayan vətəndaşların, habelə Xocalı şəhərindən olan məcburi köçkünlərin qəbulunu keçirib.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanıb, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

 

Trend.az