Gürcüstan prezidenti fevralın 12-də Azərbaycana rəsmi səfərə gəlir
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycana ilk rəsmi səfərini 12-13 fevral tarixlərində edəcək.
Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib. Səfər çərçivəsində Georgi Marqvelaşvilinin Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.
Hazırda Gürcüstan prezidentinin səfər proqramı üzərində iş aparılır.
Apa.az