Azərbaycanda neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi üçün yeni teхnоlоgiyа hаzırlаnacaq
Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda neft və ağır metallarla çirklənmiş torpaqların mikrobioloji üsulla təmizlənməsi üçün müvаfiq prepаrаtlаrın biоteхnоlоgiyаsının işlənib hаzırlаnmаsını nəzərdə tutan məqsədyönlü elmi tədqiqatlar aparılır.
İnstitutdan Trend-ə verilən məlumata görə, işlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə “Neftlə və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi” adlı layihə çərçivəsində həyata keçirilir.
2014-cü ilin oktyabr ayında yekunlaşacaq 2 illik layihənin rəhbəri İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevdir.
Layihənin məqsədinə uyğun olaraq neft və ağır metallarla çirklənmiş torpaq nümunələri Abşeron yarımadasında yerləşən Buzovna-Maştağa və Qala sahələrindən götürülüb. Tədqiqatın ilkin mərhələsində çirklənmiş ərazilərdən torpaq nümunələri götürülərək, onların fiziki-kimyəvi və mikrobioloji xassələri təyin edilib.
Neft və ağır metallarla çirklənmiş ərazilərin müəyyənləşdirilməsi ilə yanaşı həmin ərazilərdə məskunlaşmış səmərəli bitki növlərinin – metal akkumulyatorlarının, həm də bu torpaq-iqlim şəraiti üçün səciyyəvi olan aktiv mikroorqanizm – destruktorların axtarışı aparılıb. Bütün nümunələrdə neftin miqdarı (3,85%, 6,6%, 7,2%, 12,2%), bəzi ağır metalların miqdarı (Buzovna-Maştağa (Ba-76 %; Cd-0,53 %; Cu-7,8 %); Qala (Ba-120 %; Cd-0,2 %; Cu-12,2 %), fiziki-kimyəvi (nəmlik, pH) və mikrobioloji göstəricilər müəyyən olunub.
Trend.az