Bakıda “Azərbaycan gəncliyi son 20 ildə” mövzusunda tədbir keçirilib

Posted by

Bakıda "Azərbaycan gəncliyi son 20 ildə" mövzusunda tədbir keçirilib

 

Bakıda “Azərbaycan gəncliyi son 20 ildə” mövzusunda tədbir keçirilib

Bakıda "Azərbaycan gəncliyi son 20 ildə" mövzusunda tədbir keçirilib

 

3 fevral 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan Gənclər günü”nə həsr olunmuş “Azərbaycan gəncliyi son 20 ildə” mövzusunda tədbir keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və digər qonaqlar iştirak edirdilər.

İlk öncə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyev büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinliklərin həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması ümummili lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub.

Bu gün əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir. Bu gün dövlətimizin gənclər siyasətinin əsas istiqamətlərinin gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, gənclərinin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların edilməsi olduğunu vurğuladı.

Öz növbəsində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov məhz 1996-cı ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumunun keçirildiyini qeyd edərək, bunun məntiqi ardıcıllığı kimi isə dövlət başçısının 1997-ci ildə imzaladığı Sərəncamla 2 fevralın Azərbaycan Gəncləri Günü elan olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Hal-hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələ yaşadığını, Prezident İlham Əliyevin ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini söylədi.

Öz nitqində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasının da mühüm yer tutduğunu qeyd etdi. Dövlət başçımızın ardıcıl səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyini, bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışlar etmələrinin bütün söylənənlərinin əyani sübutu olduğunu bildirdi.

Daha sonra çıxış edən Qaradağ rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı idarə tərəfindən görülmüş işlər, rayon gənclərinin əldə etdiyi uğurlar barədə qısa məlumat verdi.

Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən rayonun ictimai həyatında fərqlənmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim edildi, xatirə şəkli çəkildi.

 

Trend.az