Ədliyyə naziri vətəndaşları qəbul edəcək

Posted by

Ədliyyə naziri vətəndaşları qəbul edəcək

 

Ədliyyə naziri vətəndaşları qəbul edəcək

Ədliyyə naziri vətəndaşları qəbul edəcək

 

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Naftalan şəhərində vətəndaşların qəbulu keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul fevralın 7-də saat 11.00-dan etibarən Heydər Əliyev Mərkəzində təşkil ediləcək.

 

Qəbulda Naftalan, Mingəçevir, Yevlax şəhərlərində, Goranboy və Tərtər rayonlarında yaşayan vətəndaşların, habelə Xocalı şəhərindən olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

 

Vətəndaşlar qəbula Gəncə regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyi vasitəsilə yazıla bilərlər.

 

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.

 

Trend.az