Azərbaycanın sürüşmə ərazilərində monitorinqlər aparılır
Azərbaycanın sürüşmə ərazilərində monitorinqlər aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, ötən həftənin əvvəllərindən rayonlarda, əsas aktiv sürüşmə ərazilərində monitorinqlərə başlanılıb.
Onun sözlərinə görə, gələn həftəyə monitorinqlər yekunlaşacaq və ümumrespublika üzrə nəticələr ümumiləşdirilərək ictimaiyyətə açıqlanacaq: “Hələlik sürüşmə zonalarında aktivləşmə qeydə alınmır və mövcud ərazilərdə vəziyyət stabildir”.
Apa.az