İlham Əliyev ona verilən pul mükafatını Silahlı Qüvvələr Fonduna köçürüb
İlham Əliyev Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatı çərçivəsində ona verilən 10 min manatı Silahlı Qüvvələrin Fonduna köçürdüyünü elan edib.
Gün.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, bu barədə İ.Əliyev “2013-cü ilin adamı” mükafatının təqdimetmə mərasimində elan edib.
Bundan başqa dövlət başçısı bildirib ki, ona bağışlanan saat muzeydə saxlanılacaq.
“Mən pul mükafatını ənənəvi olaraq Silahlı Qüvvələrin Fonduna köçürürəm. Bu saat da çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaq”.