Bakıdakı dövlət bağçalarında uşaqlar üçün vahid geyim formasının tətbiqinə başlanılıb

Posted by


Bakıdakı dövlət bağçalarında uşaqlar üçün vahid geyim formasının tətbiqinə başlanılıb

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalara gedən uşaqlar üçün vahid geyim formasının tətbiqinə başlanılıb. Bu barədə Trend-ə BŞİH-nin nəzdindəki Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məlumat veriblər.

İdarədən bildirilib ki, bu geyimlər BŞİH-nin tabeliyindəki bütün bağcalara paylanılıb: “Həmin geyimlər uşaqların rahatlığı üçündür. Geyimlər yaxşı pambıq parcadan hazırlanıb, gigiyenik tələbələrə cavab verir”.

İdarədən deyilib ki, uşaqlar bağcalara gəldikdə həmin geyimləri, evə qayıtdıqda isə onları soyunaraq öz geyimlərini geyinəcəklər.

Belə geyim formasının yay aylarında da tətbiqi olunub-olunmayacağına gəldikdə, idarədən deyilib ki, bu barədə hələ məlumat yoxdur: “Biz hələlik bağcalara bu geyimləri vermişik. Bunun nəticəsinə baxdıqdan sonra yay geyimləri barədə nə isə fikir söyləyə bilərik”.