Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib
Yanvarın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.
Toplantı Azərbaycan prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib.