Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
Yanvarın 7-də paytaxtda çoxprofilli müasir klinikanın – Bakı Sağlamlıq Mərkəzinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış oldular.
Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.
Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə Sərəncam imzalamışdır.
Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı səhiyyə işçiləri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.