Azərbaycan 2013-cü ildə 1 milyard 257 milyon dollarlıq silah və hərbi texnika alıb

Posted by

Azərbaycan 2013-cü ildə 1 milyard 257 milyon dollarlıq silah və hərbi texnika alıb

 

Azərbaycan 2013-cü ildə 1 milyard 257 milyon dollarlıq silah və hərbi texnika alıb

Azərbaycan 2013-cü ildə 1 milyard 257 milyon dollarlıq silah və hərbi texnika alıb

 

 

Azərbaycan 2013-cü ildə silah və hərbi texnika idxalına görə dünya ölkələri arasında 15-ci yeri tutur. APA-nın məlumatına görə, bu barədə Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) yaydığı məlumatda qeyd olunub.

 

Təşkilatın ilkin məlumatlar əsasında hazırladığı analizə görə, rəsmi Bakı 2013-cü ildə silah və hərbi texnika idxalına 1 milyard 257 milyon ABŞ dolları vəsait sərf edib.

 

Ümumilikdə, 2013-cü ildə dünya ölkələri silah alışına ən azı 65 milyard 982 milyon dollar xərcləyib ki, bu da «soyuq müharibə» dövründən sonra ən yüksək nəticədir.

 

Silah alınması üzrə ilk yerdə 9 milyard 943 milyon dollarla Hindistan dayanır. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (5 milyard 329 milyon dollar), Böyük Britaniya (3 milyard 626 milyon dollar), BƏƏ (3 milyard 511 milyon dollar), ABŞ (2 milyard 502 milyon dollar), Küveyt (2 milyard 451 milyon dollar), Türkiyə (1 milyard 733 milyon dollar), Tayvan (1 milyard 730 milyon dollar), İndoneziya (1 milyard 718 milyon dollar), Misir (1 milyard 629 milyon dollar) gəlir.

 

Böyük həcmli silah idxalçılarının ikinci onluğunda Çin 1 milyard 547 milyon dollarla 11-ci yerdə, Avstraliya 1 milyard 447 milyon dollarla 12-ci yerdə, Venesuela 1 milyard 297 milyon dollarla 13-cü yerdə, Sinqapur 1 milyard 260 milyon dollarla 14-cü yerdə, Azərbaycan 1 milyard 257 milyon dollarla 15-ci yerdə, Pakistan 1 milyard 220 milyon dollarla 16-cı yerdə, Mərakeş 1,2 milyard dollarla 17-ci yerdə, Finlandiya 1 milyard 141 milyon dollarla 18-ci yerdə, Yunanıstan 1 milyard 131 milyon dollarla 19-cu yerdə və Braziliya 1 milyard 59 milyon dollarla 20-ci yerdə qərarlaşıb.