Riçard Morninqstar: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı yol prezidentlər arasında birbaşa dialoqun davam etdirilməsidir
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən yaxşı yol Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dialoqun davam etdirilməsi və münaqişənin yekun həlli üzrə konkret təklif və yanaşmaların müzakirəsidir.
Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Moriniqstar deyib.
Səfirin sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli üçün vasitəçilik səylərini və tərəflərə kömək etməyi davam etdirəcək.
R.Morninqstar bildirib: “Prezidentlər İlham Əliyev və Serj Sarkisyanın noyabrın əvvəlində baş tutan görüşü çox yaxşı faktdır. Bütün əlamətlər deməyə əsas verir ki, bu görüş yaxşı və konstruktiv keçib”.