Azərbaycanda məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına xüsusi sığorta güzəştləri verildi

Posted by

Azərbaycanda məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına xüsusi sığorta güzəştləri verildi

Bu gün Milli Məclisin plenar iclasında “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun qəbul edilib.

Trend xəbər verir ki, Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına icbari sığorta ilə bağlı xüsusi güzəştlər verilir.

 

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.

 

Bundan başqa, dəyişikliklərdən sonra artıq qeyd olunan şəxslərin sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərin notariusda təsdiq olunması tələb edilməyəcək. Belə ki, maddədəki müvafiq bəndlərdən tələb olunan sənədlər siyahısından “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılıb.