Azərbaycanın xarici işlər naziri Avropa Birliyinin Bakıdakı nümayəndəliyinin yeni rəhbərini qəbul edib

Posted by

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Malena Mordu qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması tərəflər arasında yeni mərhələnin başlanğıcı kimi xarakterizə olunub və nəzərdə tutulan iki tərəfli sənədlərin imzalanmasına dair danışıqların müvəffəqiyyətlə nəticələnəcəyinə ümid ifadə edilib.

Səfir Malena Mord təmsil etdiyi təşkilatın Azərbaycanı strateji tərəfdaş kimi qəbul etdiyini, AB-nin enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin oynadığı rolu yüksək qiymətləndirdiyini və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycan-AB arasında əməkdaşlığın gələcək perspektivlərindən danışan nazir E.Məmmədyarov Avro-Atlantik məkana inteqrasiyanın ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olduğunu, bununla belə Azərbaycanla AB arasında münasibətlərin inkişafında ölkəmizin milli maraqlarının qorunmasının əsas  olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlama prosesinə toxunan nazir E.Məmmədyarov, beynəlxalq təşkilatların, eləcə də AB-nin bu münaqişənin həllində ədalətli mövqe tutmasına və nizamlama prosesinə real töhfələr verməsinə ehtiyac olduğunu bildirib. Nazir Ermənistan-Azərbaycan münaqişəsini region ölkələrinin inkişafı, ümumilikdə regiondaxili və regionlararası inteqrasiya üçün əsas mane olduğunu qeyd edib.