ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna dörd konqresmen qoşulub
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna dörd yeni Konqres üzvü qoşulub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Konqres üzvləri Pit Qalleqo (Texas), Pit Alsın (Texas), Henri Kuellar (Texas) və Robert Aderholt (Alabama) Azərbaycan üzrə İşçi Qrupuna üzv olublar. Bununla, ABŞ Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupu üzvlərinin sayı 56-ya çatıb.
Səfirlikdən o da bildirilib ki, İşçi Qrupuna son 4 üzvün cəlb olunmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub.