Ermənistan və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin, ABŞ-ın Ermənistan və Azərbaycandakı səfirləri Con Hefern və Riçard Morninqstarla görüşüb.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ diplomatları Birləşmiş Ştatların Cənubi Qafqaz ölkələrindəki səfirlərinin müşavirəsində iştirak etmək üçün Yerevana gəliblər.
Görüş zamanı Ermənistan-ABŞ tərəfdaşlığının möhkəmləndirilməsi məqsədilə atılan addımlara toxunulub, Vaşinqtonda Ermənistan-ABŞ iqtisadi əməkdaşlıq komissiyasının iclasının nəticələrinə yekun vurulub, viza rejiminin sadələşdirilməsi məsələsi üzrə sazişlərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son irəliləyişlərə, həmçinin beynəlxalq və regional məsələlərə toxunulub.