Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin növbəti görüşü Bakıda keçiriləcək
Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin növbəti görüşü gələn il Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşğun bildirib.
Onun sözlərinə görə, üçtərəfli görüş, çox güman ki, yanvarda keçiriləcək.
Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçüncü görüşü olacaq.
Nazirlərin ikinci görüşü bu ilin martında Batumidə keçirilmişdi.