Azərbaycan və Avropa İttifaqı viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar
Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar. Trend-in məlumatına görə, sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işçlər naziri Elmar Məmmədyarov imzalayıb.
Sözügedən saziş Vilnusda keçirilən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb.